DÜNYA
COVID-19: Fransada son sutkada 23 min yeni yoluxma qeydə alınıb
Paris, 14 yanvar, AZƏRTAC
Fransada son 24 saatda COVID-19 infeksiyasına 23 min yeni yoluxma və 232 ölüm faktı qeydə alınıb.
AZƏRTAC Səhiyyə İdarəsinin məlumatına istinadən xəbər verir ki, xəstəxanalarda 24 735 koronavirus xəstəsi müalicə olunur. Reanimasiya şöbələrində ağır vəziyyətdə olan xəstələrin sayı artaraq 2701-ə çatıb. Son sutkada xəstəxanalara 1588, reanimasiya şöbələrinə isə 208 yeni xəstə daxil olub.
Ölkədə yeni məhdudiyyət tədbirləri, eləcə də milli səviyyədə axşam saat 18:00-dan səhər saat 06:00-ya qədər komendant saatı və təcridolma rejimi tətbiq olunacağı gözlənilir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]