DÜNYA


COVID-19: Fransada son sutkada 23 mindən çox yeni yoluxma qeydə alınıb

Paris, 23 yanvar, AZƏRTAC

Fransada son sutkada COVID-19 infeksiyasına 23 292 yeni yoluxma və 346 ölüm faktı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat yayıb.

Bildirilib ki, pandemiya başlayandan koronavirus qurbanlarını sayı 72 674-ə çatıb. Xəstəxanalarda 26 minə qədər koronavirus xəstəsi müalicə olunur. Reanimasiya şöbələrində 2902 ağır xəstə intensiv müalicə alır.

Fransa səhiyyə naziri Olivye Veran əhaliyə evdə parçadan hazırlanmış maskalardan istifadə etməməyi tövsiyə edib.

Bu ölkədə fövqəladə sanitar vəziyyət 2021-ci ilin iyun ayınadək uzadılıb. Son 24 saatda 139 572 nəfər olmaqla, ümumilikdə 963 139 nəfər peyvənd olunub. Peyvəndin 1 dozası 15,5 avrodur. İki doza edilməsi vacib olduğu üçün koronavirus peyvəndinin adam başına qiyməti 31 avrodur.

Qeyd edilir ki, peyvənd kampaniyasının ləng getməsinin səbəbi kifayət qədər peyvəndin olmamasıdır.

Avropada virusun Braziliya ştammının aşkarlandığı bildirilir. Diepp xəstəxanasının kardiologiya və pnevmoniya şöbələrində 300-ə yaxın tibbi heyət və pasiyentin bir neçə gün ərzində yoluxması narahatlıq doğurub.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.