DÜNYA
COVID-19: Fransada son sutkada 464 mindən çox yeni yoluxma qeydə alınıb
Paris, 19 yanvar, AZƏRTAC
Fransada son sutkada COVID-19 pandemiyasına 464 min 769 yeni yoluxma və 375 ölüm faktı qeydə alınıb.
Ölkədə son həftə ərzində koronavirusa gündəlik yoluxma həddi orta hesabla 309 min 433-ə çatıb.
AZƏRTAC xəbər verir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat verib. Bildirilib ki, xəstəxanalarda 26 min 526 koronavirus xəstəsi var ki, bu da dünənlə müqayisədə 750 xəstə çoxdur. Reanimasiya şöbələrində 3 min 881 ağır vəziyyətdə olan virus xəstəsi müalicə olunur. Son 24 saatda xəstəxanalara 3 min 509, reanimasiya şöbələrinə isə 367 yeni ağır vəziyyətdə olan virus xəstəsi daxil olub. Ölkədə virus qurbanlarının ümumi sayı 127 min 638-ə çatıb ki, bunlardan 100 min 339 -u xəstəxanalarda, 27 min 299-u isə qocalar evlərində qeydə alınıb. Pandemiya başlayandan xəstəxanalarda 487 min 977 virus xəstəsi sağalıb. Son sutkada xəstəxanaları 2 min 421 virus xəstəsi sağalaraq tərk edib.
Ölkədə 53 milyon 623 min 212 nəfərə peyvəndin birinci dozası, 52 milyon 302 min 139 nəfərə isə hər iki dozası vurulub. Ölkədə 3-cü “buster” dozası 32 milyon 68 min 75 nəfərə vurulub. Son sutkada 399 min 849 peyvənd vurulub ki, bundan 23 min 718-i birinci doza, 29 min 290 ikinci doza, 346 min 841-i isə “buster” doza olub.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris