DÜNYA


COVID-19: Fransada son sutkada koronavirusdan 365 ölüm faktı qeydə alınıb

Paris, 2 dekabr, AZƏRTAC

Fransada son sutkada COVID-19 infeksiyasından 365 ölüm faktı və 8 mindən çox yeni yoluxma qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat yayıb.

Bildirilir ki, virusdan ölənlərin ümumi sayı 53 506-ya çatıb, onlardan 36 692-si xəstəxanalarda baş verib.

Hazırda xəstəxanalarda 28 mindən çox koronavirus xəstəsi müalicə alır. Reanimasiya şöbələrində 3 600 ağır xəstə var.

Ölkədə 1 1422-i qocalar evlərində olmaqla 3 240 qrup yoluxması araşdırılmaqdadır. 100 departamentdə vəziyyət hələ də gərgin olaraq qalır. Yeni yoluxma sayında azalma müşahidə olunsa da, bunun müvəqqəti olduğu bildirilir.

Fransada COVID-19 infeksiyasına ümumilikdə 2 230 571 yoluxma qeydə alınıb, onlardan 164 029-u sağalıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.