DÜNYA


COVID-19: Fransanın bəzi regionlarında “ağ plan”a başlanılıb

Paris, 5 avqust, AZƏRTAC

Fransa Regional Səhiyyə Ajansı COVID-19 pandemiyasının yenidən baş qaldırması ilə xəstəxanaların təşkilatlanmasının möhkəmləndirilməsi məqsədilə Provence-Alpes-Cote-d’Azur (PACA) regionunda “ağ plan”ın (plan blanc) başladığını elan edib.

AZƏRTAC xəbər verir ki, xəstəxanalarda koronavirus xəstələrinin sayının həndəsi silsilə ilə artması xəstəxanaların növbti mərhələ üçün hazır olması vacibliyini doğurub. Nis şəhər xəstəxanasının reanimasiya şöbəsinin rəhbəri Karol İçe xəstəxanada koronavirus pasiyentlərinin artdığını bildirərək, növbəti mərhələyə keçid üçün xəstəxanaların hazır olmasının vacibliyinə toxunub. Bildirib ki, hazırda reanimasiya şöbəsində ağır xəstələrin sayı çox olduğundan, xəstəxanaya pasiyent axını zamanı əsas vasitələrin tez və rasional tətbiqini planlaşdırmaq məqsədi ilə xüsusi təcili yardım və səhiyyə böhranı üçün hazırlanmış “ağ plan”a başlanılıb. Virus sürətlə yayılır, xəstəxanada yeni çarpayılara, eləcə də kadrlara ehtiyac var. Növbəti mərhələyə keçmək üçün hazır olmaq lazımdır. “Ağ plan” işə qəbulu asanlaşdırmağa və bu strategiyanı başlamağa imkan verir. Xəstəxanadakı koronavirus pasiyentlərinin daha gənc yaş kateqoriyasını əhatə etdiyi diqqətə çatdırıb. Yoluxmanın 20-40 yaş arasında daha çox yayıldığı və bu yaş kateqoriyasının peyvənd edilmədiyi bildirib.

Xatırladaq ki, son günlər Fransada gündəlik yoluxma orta hesabla 21 mindən çox olur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.