DÜNYA


COVID-19: Lüksemburq təhlükəli ölkələr siyahısına salınıb

Lüksemburq, 11 iyul, AZƏRTAC

Lüksemburq Avropanın 62 ölkəsi ilə birlikdə təhlükəli ölkələr siyahısına salınıb.

AZƏRTAC xəbər verir ki, son həftə Lüksemburqda COVID-19 xəstələrinin sayı artdığı üçün Danimarka onu təhlükəli ölkələr siyahısına əlavə edərək, vətəndaşlarını bu ölkəyə getməməyə çağırıb.

Lüksemburqla yanaşı, Portuqaliya, İsveç kimi ölkələrin də adının qara siyahıya salındığı bildirilib.

Danimarka və Finlandiyadan əlavə, Norveç, Litva, Latviya, Estoniya da Lüksemburqu təhlükəli ölkələr siyahısına əlavə edib.

Bildirilib ki, adı sadalanan ölkələrə Lüksemburq vətəndaşı gələrsə, 14 günlük karantinə riayət etməli olacaq.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Lüksemburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.