DÜNYA


COVID-19: Lüksemburqda koronavirus xəstələrinin sayı artır

Lüksemburq, 17 sentyabr, AZƏRTAC

Lüksemburq Böyük Hersoqluğunda SARS-CoV-2 virusuna yoluxanların sayı artır.

AZƏRTAC Lüksemburq Səhiyyə Nazirliyinin məlumatına istinad edərək xəbər verir ki, epidemiya başlayandan ölkədə 8 821 koronavirus xəstəsi qeydə alınıb.

Ölkədə koronavirus infeksiyasından 124 ölüm faktının 67-si cari ilin aprel ayında qeydə alınıb. Xəstəxanalarda 22 koronavirus xəstəsi olduğu bildirilir.

Ölkədə son sutka ərzində 10 143 (PCR) testi aparılıb və bu test kampaniyası çərçivəsində 1 118 asimptomatik koronavirus xəstəsi aşkarlanıb.

Xatırladaq ki, Lüksemburq Böyük Hersoqluğu 2019-cu il 1 yanvar statistikasına əsasən ölkə əhalisinin sayı 613 894-dür. Ölkə əhalisinin 47 faizinin Lüksemburq vətəndaşlığı yoxdur.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Lüksemburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.