DÜNYA


COVID-19: Nantda Cənubi Afrika ştammına görə təhsil ocaqları bağlanıb

Nant, 18 fevral, AZƏRTAC

Nant şəhərində koronavirusun yeni ən yoluxucu Cənubi Afrika ştammının aşkarlanması nəticəsində 2 məktəb bağlanıb.

AZƏRTAC xəbər verir ki, Fransa ərazisində koronavirusun ən yoluxucu Cənubi Afrika ştammına daha çox rastlaşıldığı bildirilir. Nantda ibtidai təhsil səviyyəsində Cənubi Afrika ştammına 2 şagirdin yoluxduğu aşkarlanıb. Virusun yayılmasının qarşısının alınması məqsədilə Nantda uşaq bağçaları, ibtidai siniflər də daxil olmaqla bir sıra məktəb və liseylər bağlanıb. Məktəblərin martın 8-dək bağlı qalacağı qeyd edilir.

Bildirilir ki, Luar-Atlantik departamentində koronavirusa yoluxanlar arasında virusun mutasiyaya uğramış Cənubi Afrika, Britaniya və Braziliya ştammlarına yoluxanlar 43 faiz təşkil edir.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Nant

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.