Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

COVID-19-a qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, qoruyucu vasitələrdən düzgün istifadə etməkdir

COVID-19-a qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, qoruyucu vasitələrdən düzgün istifadə etməkdir

Bakı, 2 iyul, AZƏRTAC

Günümüzün əsas məsələsi olan koronavirusla mübarizə ilk gündən zəruri olan qaydalara yüksək səviyyədə əməl edilməsini bir tələb kimi qarşıya qoydu. Amma müqayisəli təhlil əsasında görə bilərik ki, əksər ölkələr iqtisadi amili önə çəkərək insanların sağlamlığının təminatını arxa plana keçirməklə vəziyyətin daha da ağırlaşmasına, yoluxma və ölüm hallarının artmasına şərait yaratmış oldular. Hər bir ölkənin səhiyyə sisteminin aydın mənzərəsini ortaya qoyan COVID-19-la mübarizə bir daha bu reallığı təsdiqlədi ki, dünyanın inkişaf etmiş ölkələrinin belə səhiyyəsi bu kimi hadisələrə cavab vermək imkanında deyil. Bu, məsələnin bir tərəfidir. Digər əsas məqam isə dövlət-vətəndaş birliyinin yaradılması fonunda özünütəcrid qaydalarına əməl olunması, bununla da hər bir vətəndaşın özünü qoruması ilə yanaşı, ətrafındakıları, doğmalarını qorumaq imkanı əldə etməsidir. Azərbaycan ilk gündən bu yolu seçdi. “Biz birlikdə güclüyük!” çağırışı ilə bütün ölkə vətəndaşlarını səfərbər edən dövlətimizin başçısı İlham Əliyev vətəndaş məsuliyyətinin artırılmasını prioritet məsələ kimi öndə saxladı. Elə bu gün daha çox diqqət tələb edən məsələ də məhz budur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə  bildirib.

V.Rəhimzadə vurğulayıb ki, pandemiyaya qarşı mübarizə tədbirlərinə başlanan zaman digər ölkələr kimi, Azərbaycan da bu xəstəlikdən qorunmaqda əsas amil olan tibbi maska çatışmazlığını yaşadı: “Lakin ilk andan insanların sağlamlığının təminatını əsas götürən möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığına uyğun olaraq tez bir zamanda Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsi fəaliyyətə başladı. Müəssisənin açılışında çıxış edən dövlətimizin başçısı bildirdi ki, tibbi maska istehsalı həm koronavirusla mübarizəyə mühüm töhfədir, həm də Azərbaycanın bu sahədə asılılığını aradan qaldırır. Əsas məqsəd insanların sağlamlığının təmin edilməsi, virusa yoluxmanın coğrafiyasının genişlənməməsinə nail olmaqdır.

Qeyd etdiyimiz kimi, hazırda hətta ən inkişaf etmiş ölkələr belə bu xəstəliklə mübarizədə böyük problemlər yaşayır. Azərbaycan ilk gündən bu ümumbəşəri bəladan az itki ilə çıxmağı qarşıya mühüm hədəf kimi qoyaraq, malik olduğu bütün imkanlardan maksimum istifadə etməyə səy göstərir. Ona görə də koronavirus xəstələrinə yüksək xidmətin göstərilməsi üçün ölkəmizin ən müasir 20 xəstəxanası onların ixtiyarına verilib. Yüksək ixtisaslı həkim heyəti bu xəstələrə lazımi səviyyədə xidmət edir, sağalıb evlərinə qayıtmaları, yenidən xoş ovqatla həyatlarını davam etdirmələri üçün əllərindən gələni edirlər. Dövlətimizin başçısı İlham Əliyevin 2020-ci il 7 aprel tarixli “Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı COVID-19-a qarşı mübarizə sahəsində ölkədə həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədinə çatmaq üçün mühüm addım kimi dəyərləndirildi. Bu məqsədlə hər birində 200 çarpayı olan modul tipli 10 xəstəxananın quraşdırılması nəzərdə tutulur ki, artıq bunlardan 5-i istifadəyə verilib”, - söyləyən V.Rəhimzadə bildirib ki, dövlətimiz üzərinə düşən bütün vəzifələri insanlarda böyük ruh yüksəkliyi yaradan səviyyədə həyata keçirir. Dövlətimizin başçısı İlham Əliyev hər zaman olduğu kimi, bu gün də, yəni pandemiya dövründə də hər bir vətəndaşının yanında olduğunu nümayiş etdirir. Əsas olan dövlətimizin bu addımlarına dəstək vermək, üzərimizə düşən vətəndaşlıq borcumuzu yerinə yetirmək, sağlamlığımızın keşiyində dayanmaqla yoluxma hallarının azalmasına şərait yaratmaqdır.

O deyib ki, sərt karantin rejiminin tətbiqi şəraitində Azərbaycanda yoluxma hallarının kiçik rəqəmlərlə ifadə olunması diqqətdən kənarda qalmadı. Bu müsbət dinamika mayın əvvəlində karantin rejiminin yumşaldılmasına yol açdı. Amma bu günün statistikası göstərir ki, yoluxma halları gündən-günə artmaqdadır. Vəziyyətin bu şəkildə davamı karantin rejiminin yenidən sərtləşdirilməsini, karantin qaydalarını pozanlara qarşı cərimələrin artırılmasını zərurətə çevirdi.

Baş redaktor qeyd edib ki, virusa yoluxma hallarının artım dinamikasının təhlili göstərir ki, insanlar əsasən iş yerlərində, ailədaxili, ictimai nəqliyyatda, kütləvi yerlərdə virusa yoluxurlar. Bu yoluxmanın “qəhrəmanlarına” çevrilməmək üçün sadə bir qaydaya riayət etmək kifayətdir. Tibbi maskadan istifadə etməklə həm özümüzü, həm də ətrafımızdakı insanları yoluxmadan xilas edə bilərik. Gündəlik hər birimizin istifadə etdiyi avtobus marşrutlarına, metroya daxil olarkən təbliğat xarakterli, hər birimizə çağırış olan bu fikirləri eşidirik: - Maskadan istifadə edək, sağlamlığımızı qoruyaq, sosial məsafə saxlayaq. Qoruyucu vasitələrdən istifadə etməmək yoluxmaya əsas səbəb olan amillərdəndir. Təəssüflər olsun ki, hər kəsin öz əlində olan, amma özümüzün çətinləşdirdiyimiz virusdan qorunmağımız üçün maskadan istifadə etmək üçün bizə kənardan çağırış edilir. Utancverici amil deyilmi? Ola bilməz ki, marşrutlara maska ilə daxil olaq, “hörmətli sərnişin, maskanızı taxın” müraciətini eşitməyək. Yaxud maskadan istifadə edib cərimələrin tətbiqi ilə üzləşməyək? Təəccüb doğuran digər amil isə hələ də bəzi vətəndaşların koronavirus pandemiyasına şübhə ilə yanaşmaları, özləri, yaxınları, ətrafları üçün ciddi təhlükə yaratmaqda davam etmələridir. Diqqət çəkən, ikrah doğuran məqamlardan biri də maskadan istifadə edənlərin başqaları tərəfindən istehza ilə qarşılanmasıdır. “Koronavirus varmı” kimi çaşqınlıq yaradacaq suallar səsləndirib karantin qaydalarına yüksək səviyyədə əməl edən vətəndaşlara mane olmaqdansa, bu addımın iştirakçısı olub özümüzü və ətrafımızı qorumaq daha məqsədəuyğun və ciddi qarşılanması tələb olunan addımdır.

“Hər kəs bilməlidir ki, virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir”, - söyləyən V.Rəhimzadə qeyd edib ki, artıq koronavirusun mövcud olub-olmaması müzakirə mövzusu deyil, çünki ətrafdakılar arasında yoluxma halları kifayət qədərdir. Biz nə qədər karantin qaydalarının pozulmasına qarşı barışmaz olsaq, ətrafımızdakı insanların biganəliyinə qarşı mübarizlik nümayiş etdirsək, ümumbəşəri bəlaya qarşı mübarizədə bir o qədər də tez və yaxşı nəticə əldə etməyə müvəffəq ola bilərik. Hər birimiz ölkəmizin bu günü və gələcəyi, ən əsası əvvəlki normal həyatımıza qayıtmaq, davamlı inkişafımızı təmin etmək üçün qoruyucu vasitələrdən istifadə etməyənləri qınamalı, belə halların təhlükəli və yolverilməz olduğunu göstərməliyik. Tibbi maskadan istifadə etməyənlər ictimai qınaqdan nəticə çıxarıb cərimələr ödəmək yolu tutmaqdan az da olsa utanc hissi keçirsələr, düşünürük ki, normal həyata qayıdışın bir addımlığında ola bilərik. Gəlin, birgə düşünək, sağlamlığımızın keşiyində həkimlərimizlə yanaşı, özümüz də dayanaq, əzizlərimizi, doğmalarımızı itirmək kimi çətin anları göz önünə gətirərək məsuliyyət hissimizi artıraq. Unutmayaq ki, adi bir məsuliyyətsizlik böyük problemlərə yol açır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur