İQTİSADİYYAT
COVID-19-a qarşı peyvəndlə bağlı xəbərlər neftin qiymətində maydan bəri ən böyük artıma səbəb olub
Bakı, 10 noyabr, AZƏRTAC
Birjalarda neft qiymətləri bahalaşır.
AZƏRTAC xəbər verir ki, fyuçers müqavilələri “Pfizer” və “BioNTech” tərəfindən hazırlanan koronavirusa qarşı peyvəndin böyük ölçüdə işə yaradığını elan etməsi ilə “qara qızıl”ın qiyməti 1,6 faiz bahalaşaraq may ayından bəri ən böyük artım göstərib.
Koronavirusa qarşı təsirli peyvəndin hazırlandığı xəbərləri fonunda COVID-19 yoluxma hallarındakı artım neft qiymətlərində yenidən volatillik yaradıb.
Ekspertlərə görə, peyvənd təsirli olsa belə, təsdiqlənməsi və istifadəyə verilməsi bir az vaxt aparacaq. Bu, karantin tədbirlərinin və artan yoluxma hallarının qısamüddətli bazar gözləntiləri üzərində təzyiq yaratmasına səbəb olacaq.
“JPMorgan” qlobal neft tələbatının 2021-ci ilin sonuna qədər virusdan əvvəlki səviyyələrə qayıtmayacağını proqnozlaşdırır.
Neft bazarları, həmçinin Liviyada hasilatın artması ilə də mübarizə aparır.
Hazırda “Brent” markalı neftin bir barrelinin qiyməti Londonun ICE birjasında 42,98 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 40,74 dollara satılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]