REGİONLAR


COVID-19-a yoluxmuş xəstələr İsmayıllıda açılan modul tipli xəstəxanada müalicə olunacaqlar VİDEO

İsmayıllı, 30 iyul, Rəşad Türkoğlu, AZƏRTAC

Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, bu virusa yoluxanların müalicəsinin yüksək səviyyədə təşkili, onların tezliklə sağalması istiqamətində görülən işlər birbaşa Prezident İlham Əliyevin nəzarətindədir. Virusun yayılmağa başladığı dövrdən dövlət başçısının tapşırığına əsasən zəruri qabaqlayıcı, profilaktik və təxirəsalınmaz tədbirlər görülür.

Prezident İlham Əliyevin iştirakı ilə İsmayıllıda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışı olub. Digər modul tipli digər xəstəxanalarda olduğu kimi, bu səhiyyə ocağında da orta ağırlıqlı simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün hər cür şərait yaradılıb. Modul tipli xəstəxanada ağır simptomları olan xəstələrin qəbulu üçün əlavə avadanlıqlarla təchiz edilməklə müvafiq təkmilləşdirilmə işləri görülür.

İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nərgiz Rəhimova AZƏRTAC-a deyib ki, bu günə qədər İsmayıllıda COVID-19-a yoluxan xəstələrimiz digər rayonlarda olan karantin xəstəxanalarına göndərilirdi. Bundan sonra COVID-19-a yoluxmuş xəstələrimiz İsmayıllı rayonunda açılan modul tipli xəstəxanada müalicə və müayinə olunacaq. Xəstəxanada reanimasiya və terapiya şöbəsi yaradılıb ki, bu şöbələr də müasir avadanlıqla təmin olunub. Üç korpusdan ibarət olan modul tipli xəstəxanada 100 palata 200 çarpayı var. Bu xəstəxanada koronavirusa yoluxan xəstələr müalicə alacaq. Əsasən bu xəstələrə ixtisaslaşmış həkimlər tərəfindən yardım göstəriləcək.

Onun sözlərinə görə, modul tipli xəstəxana kompleksi mərkəzləşdirilmiş oksigen generatoru, həmçinin havalandırma sistemi ilə təchiz edilib.

Təsadüfi deyil ki, COVID-19-la bağlı Azərbaycanda görülən işləri Ümumdünya Səhiyyə Təşkilatı bu gün nümunə kimi göstərir. Bu istiqamətdə görülən kompleks işlər çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə modul tipli 10 yeni xəstəxananın tikintisinin xüsusi əhəmiyyəti var. Bu, tətbiq olunan xüsusi karantin rejimi dövründə ölkənin səhiyyə sisteminin indiyədək görünməmiş bu qlobal çağırışa və arta biləcək xəstə sayına tab gətirməsi üçün mövcud xəstəxanaların infeksion çarpayı fondunun artırılması baxımından müstəsna rol oynayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.