CƏMİYYƏT


COVID-19 əleyhinə 2 milyard doza vaksin istehsalı üçün tender elan edilib

Bakı, 14 noyabr, AZƏRTAC

UNICEF və Panamerika Səhiyyə Təşkilatı 2021-ci ildə COVID-19 əleyhinə 2 milyard doza vaksin istehsalı üçün tender elan edib.

AZƏRTAC BMT rəsmi saytına istinadla xəbər verir ki, bu vaksinlər 186 dövlətin iştirak etdiyi COVAX proqramı çərçivəsində bölüşdürüləcək.

Ən geci 2021-ci ilin sonuna qədər vaksinin kütləvi istehsalını təmin edə biləcək istehsalçılar 6 həftə ərzində öz sifarişlərini təqdim etməlidirlər. Tenderin məqsədi COVAX proqramında iştirak edən 186 ölkədə keyfiyyətli vaksini ədalətli bölgü prinsipi əsasında mümkün qədər tezliklə təmin etməkdir. Həmin ölkələrdən 82-si gəlir səviyyəsi aşağı olan ölkələrdir. Onlara vaksin alınmasında maliyyə dəstəyi göstəriləcək.

Xatırladaq ki, Azərbaycan COVID-19-a qarşı vaksinlə bağlı ikitərəfli və çoxtərəfli COVAX layihələrinin iştirakçısıdır. Hər hansı vaksin bəyəniləcəyi təqdirdə Azərbaycan onu ala biləcək ölkələr sırasında olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.