CƏMİYYƏT


COVID-19 əleyhinə vaksinasiya prosesi ölkə ərazisində uğurla davam etdirilir

Bakı, 19 yanvar, AZƏRTAC

Yeni növ koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə 2020-ci ildə başlayan zəruri qabaqlayıcı tədbirlər, profilaktik və təxirəsalınmaz qərarlar 2021-ci ildə də davam etdirilib. Nazirlər Kabineti yanında Operativ Qərargah virusun geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində çevik və sistemli preventiv tədbirlər həyata keçirib. Əsas hədəfi epidemioloji vəziyyətin stabilləşdirilməsi, xəstələnmə və ölüm hallarının azaldılması olan vaksinasiya strategiyasının həyata keçirilməsi hazırda ölkə ərazisində uğurla davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib.

Qeyd olunub ki, pandemiya elan olunan gündən karantin rejimi tətbiq olunmaqla yanaşı dövlət səhiyyə sisteminin imkanlarının gücləndirilməsi, yeni modul tipli klinikaların istismara verilməsi, özəl klinikaların əks epidemik tədbirlərə cəlb olunması bu xəstəliyin müalicəsində lazımi dərman vasitələri ilə, avadanlıqlarla və qoruyucu vasitələrlə təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Həmçinin pandemiyanın fəsadlarının minimuma endirilməsi məqsədilə dövlət tərəfindən həyata keçirilən mühüm tədbir kimi əhali arasında planlı vaksinasiyanın aparılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib və həmin ilin yanvarın 18-dən etibarən əhalinin vaksinasiyasına başlanılıb. Bununla da Azərbaycan dünyada vaksinasiya prosesinə ilk başlayan ölkələr arasında yer alıb. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 701 min 685-dir. Ümumi əhalinin təxminən 47 faizi, 18 yaşdan yuxarı əhalinin isə təxminən 65 faizi iki doza peyvənd alıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.