DÜNYA
COVID-19 infeksiyası əleyhinə ilk vaksin qeydiyyatdan keçib
Bakı, 11 avqust, AZƏRTAC
Vladimir Putinin qızlarından biri koronavirus əleyhinə vaksinasiya olunub.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Rusiyanın dövlət başçısı hökumətin iclasında ölkədə COVID-19 infeksiyası əleyhinə ilk vaksinin dövlət qeydiyyatından keçdiyini elan edərək peyvənd üzərində çalışan hər kəsə minnətdarlığını ifadə edib.
“Qızlarımdan biri özünə peyvənd vurdurub. İlk vaksindən sonra onun bədəninin hərarəti 38 dərəcəyə qalxsa da, ertəsi gün 37 dərəcəyə düşüb. İkinci iynədən sonra da hərarəti bir qədər artaraq sonradan normallaşıb. Hazırda o, özünü əla hiss edir”, - deyə Vladimir Putin bildirib.
Rusiya Prezidentinin sözlərinə görə, peyvənddən sonra insanların əksəriyyətində heç bir zahiri əlamət və yüksək hərarət qeydə alınmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [16:03]
Almaniyada kimlər daha çox pensiya alır?
- 29.03.2024 [15:54]
Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir
- 29.03.2024 [15:47]
İsveçrənin hidrogen qatarı rekord vurub
- 29.03.2024 [15:39]
Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb
- 29.03.2024 [15:02]
Barselonada ekstremal quraqlıq hökm sürür
- 29.03.2024 [14:54]
ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib
- 29.03.2024 [14:37]