CƏMİYYƏT


COVID-19-la əlaqədar müalicəsi davam etdirilən xəstələrdən altmışı süni tənəffüs aparatına qoşulub

Bakı, 5 iyul, AZƏRTAC 

Bu gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6722 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 516 min 533-ə çatıb.

Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən koronaviruslu xəstələrin sayı 8332-yə bərabərdir. Xəstələrdən 348 nəfəri reanimasiyadadır ki, onlardan da 60-ı süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, iyulun 5-də Azərbaycanda koronavirus infeksiyasına daha 523 yoluxma faktı qeydə alınıb, 451 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış doqquz nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 20324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 11742 nəfər müalicə olunaraq sağalıb, 250 nəfər vəfat edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.