CƏMİYYƏT


COVID-19 müayinəsi neqativ çıxanların xəstə olub-olmadığını terapevt-həkimlər müəyyən edir

Bakı, 19 noyabr, AZƏRTAC

Bəzi vətəndaşlar kompüter tomoqrafiya müayinəsinin yeni növ koronaviruslu (COVID-19) xəstələri daha tez aşkar etdiyini düşünürlər. Lakin terapevtlər bu müayinəni heç də hər kəsə məsləhət görmürlər. Əslində COVID-19 müayinəsi neqativ çıxanlar üçün də xəstə olub-olmadığı terapevt-həkimlər tərəfindən təyin edilir. Testi pozitiv çıxanlarda yanaşı olaraq şəkərli diabet, ürək-damar sistemi ilə əlaqədar hər hansı bir xroniki xəstəlik olanda və xərçəng xəstəliyindən əziyyət çəkənlərdə mütləq kompüter-tomoqrafiya müayinəsi aparılmalıdır. Həmin xəstələrin limfa sistemində və ağciyər plevrasında baş verən dəyişikliklər nəzərə alınmalı və dərəcəsi ölçülməlidir.

Radioloji müayinələrə daha çox simptomsuz virusa yoluxanlar üstünlük verirlər. Bəzən onlarda COVID-19-un heç bir əlaməti özünü büruzə verməsə də, kompüter tomoqrafiyası şübhələrə aydınlıq gətirə bilir. “Buzlu şüşə” diaqnozu qoyulması isə koronavirusun olması deməkdir.

Dövlət Təhlükəsizliyi Xidməti Hərbi Tibb İdarəsinin həkim-radioloqu Elşən Rəhimov AZƏRTAC-a deyib: “COVID-19-a bağlı pnevmoniyalar əsas ağciyər dərəcəsi orta və aşağı hissələrini əhatə edir, bu zaman ağciyərin periferik hissələri zədələnir və tomoqrafiyada “buzlu şüşə” şəklində görünür. Həkim-radioloqlar xəstəliyin diaqnozunu qoyur, sətəlcəmin ağırlıq dərəcəsini müəyyən edir, müalicəsi isə terapevt və pulmonoloqlara yönəldilir. Tomoqrafiya radiasiya olduğuna görə böyüməkdə olan orqanizmlərə tövsiyə edilmir”.

Mütəxəssislərin iddiasına görə, simptomsuz koronavirus xəstələri daha təhlükəlidir, çünki onlar təkcə virus daşıyıcıları deyil, həm də potensial olaraq infeksiyanı yayanlardır. Vacib odur ki, sanitar-epidemioloji qaydalara düzgün əməl edilsin. Yalnız bu yolla pandemiyaya qarşı mübarizə aparmaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.