ELM VƏ TƏHSİL


COVID-19 pandemiyası zamanı məktəblərdə davranış qaydaları

Bakı, 7 sentyabr, AZƏRTAC

Təhsil Nazirliyi tərəfindən COVID-19 pandemiyası zamanı məktəblərdə davranış qaydaları açıqlanıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qaydalarda koronavirus infeksiyasından qorunmaq üçün profilaktika və ehtiyat tədbirləri barədə məlumat yer alır. Məlumatda məktəblilərin həm özlərini həm də başqalarını virusdan qorumaq üçün digər insanlarla ünsiyyətdə olarkən 1,5 metr ara məsafəsi gözləməsi, əllərini tez-tez və qaydalara uyğun yuması, başqalarının əşyalarına toxunmaması, sinfi və məktəbi təmiz saxlaması, təhlükəsiz istirahəti seçməsi, kütləvi tədbirlərdən iştirakdan çəkinməsi, bildiklərini və bacardıqlarını başqaları ilə paylaşmaları tövsiyə edilib.

Qeyd edək ki, bu barədə ətraflı məlumat Təhsil Nazirliyinin “Facebook” səhifəsində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.