MƏDƏNİYYƏT


“COVID-19 pandemiyası zamanı virtual sosiallaşmanın əhəmiyyəti” mövzusunda videokonfrans keçirilib

Bakı, 16 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin “Beyin Qazanma Proqramı” çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası üçün “COVID-19 pandemiyası zamanı virtual sosiallaşmanın əhəmiyyəti” (mədəniyyətimizin təbliği, təqdimatı və qorunması) mövzusunda videokonfrans keçirilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, “Zoom” proqramı vasitəsilə keçirilən videokonfransda BMA-nın professor və tələbə heyəti iştirak ediblər.

Qeyd edək ki, videokonfransda Bakı Musiqi Akademiyasının “Beynəlxalq əlaqələr və tərbiyə işləri” üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova, fəlsəfə elmləri doktoru, sənətşünaslıq üzrə doktor, professor Mina Hacıyeva (moderator), Diasporla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr və protokol şöbəsinin böyük məsləhətçisi Lalə İsgəndərova, Oman Respublikasının Sultan Qabus Universitetində fortepiano müəlliməsi və Sənətşünaslıq üzrə fəlsəfə doktoru Dr.Vüsalə Yusif məruzəçi qismində çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.