CƏMİYYƏT


COVID-19 virusu bir sıra səthlərdə uzun müddət yaşaya bilir

Bakı, 9 sentyabr, AZƏRTAC

Avstraliya alimlərinin araşdırmalarına görə, yeni növ koronavirus (COVID-19) virusu bir sıra səthlər üzərində uzun müddət qalır.

Həkim-dermatoloq Sevinc Kərimova AZƏRTAC-a deyib: “Koronavirus tam hamar, şüşə səthlərdə, mobil telefonların ekranında 20 dərəcə temperaturda 28 günə qədər, pul əskinasları üzərində 20 dərəcə temperaturda 9 günə qədər, pambıq səthlər üzərində 30 dərəcə temperaturda 30 günə qədər yaşaya bilir”.

Onun dediyinə görə, gigiyena qaydalarına mütləq əməl edilməlidir: “İlk növbədə əllərin gigiyenası gözlənilməlidir. İctimai nəqliyyatdan istifadə etdikdə, bank, ofis və digər müəssisələrə gedib gələndə qapı və dəstəklərə toxunulduğuna görə, xüsusilə əllərin gigiyenasına ciddi şəkildə qorunmalıdır. Əllər ilıq su altında sabunlanmalı, gün ərzində ən çox istifadə edilən telefon, açar və digər əşyaların səthləri vaxtaşırı dezinfeksiya olunmalıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.