CƏMİYYƏT


COVID-19 xəstələrində yeni fəsadlar aşkarlanıb

İstanbul, 29 sentyabr, AZƏRTAC

COVID-19 xəstələrində yeni fəsadlar aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi nəzdində yaradılan koronavirus üzrə elmi şuranın üzvü, ölkənin Çukurova Universitetinin professoru Yeşim Tasova bildirib.

Bir çox xəstələrdə nevroloji fəsadların görüldüyünü deyən professor bu dəyişikliklərin yuxu pozuntusu, ensefalit, meningit kimi ağırlaşmalarla əlaqələndirildiyini qeyd edib. O, bəzi xəstələrin ayaq barmaqlarında qızartılar və şişkinliklərin də olduğunu bildirib.

Y.Taşova pandemiyanın qarşısının alınmasının yalnız bütün insanların 60-70 faizinin bu xəstəliyi keçirməsi və ya peyvəndin hazırlanması nəticəsində insan bədənində anticism yaranması ilə immun sisteminin virusa qarşı dayanıqlılığının artığı təqdirdə mümkün ola biləcəyini deyib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.