ELM VƏ TƏHSİL


CRENG layihəsi üzrə məlumatlandırma sessiyası keçirilib

Bakı, 24 iyun, AZƏRTAC

Azərbaycan Texniki Universitetində (AzTU) Nəqliyyat və logistika fakültəsinin IV kurs tələbələrinin iştirakı ilə Avropa İttifaqının maliyyələşdirdiyi “Erasmus +KA2” proqramı üzrə yerinə yetirilən “Nəqliyyat xidmətlərində risk və böhran mühəndisliyi” (CRENG) layihəsi çərçivəsində icra edilən magistr proqramı üzrə məlumatlandırma sessiyası keçirilib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, sessiyada çıxış edən layihənin koordinatoru, Beynəlxalq əlaqələr üzrə prorektor Subhan Namazov magistr proqramının Avropa təhsil sisteminə uyğun təşkil olunduğunu bildirib. Qeyd edib ki, magistr proqramı Avropa ölkələrinin ali məktəblərində tədris edilən oxşar ixtisaslarla rəqabətli ixtisas olub, gələcəkdə bu sahə üzrə ikili diplomların yerinə yetirilməsini nəzərdə tutur.

Layihə üzrə AzTU-da yaradılan “Xidmət ofisi”nin rəhbəri Fuad Daşdəmirov magistr proqramı haqqında təqdimatla çıxış edib. Təqdimatda proqram üzrə ümumi məlumat, onun rəqabət xüsusiyyətləri, tədris olunacaq fənlər və burada öyrədiləcək ixtisas bilikləri izah edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.