İDMAN


CÜDOÇU CƏLİL CƏLİLOV OLİMPİYA FESTİVALININ QALİBİ OLMUŞDUR

Bakı, 23 iyul (AZƏRTAC). Azərbaycanın cüdo üzrə yığma komandası Finlandiyanın Tampere şəhərində keçirilən gənclər arasında Avropa Olimpiya Festivalında uğurlu çıxışını davam etdirir. Kamran Bağırovun (50 kq) qızıl medalının ardınca komandamızın hesabına daha 3 medal əlavə olunmuşdur.

Yarışların başlanğıcında Estoniya idmançısı Andre Seppi üstələyən Cəlil Cəlilov (66 kq) həlledici qarşılaşmada alman Valentin Larasseroya qalib gəlmişdir. Cəlil iki “vadza-ari” fəndi hesabına festivalın qalibi olmuşdur.

Finalda “ippon”la ukraynalı Natalya İlkivə uduzan Şəfəq Muradzadə (52 kq) gümüş medalla kifayətlənmişdir.

Təsəlliverici görüşdə iki dəfə “yuko” fəndi ilə hollandiyalı Remi Qronevedtə qalib gələn Mahir Cəfərli (60 kq) gümüş medal əldə etmişdir.

Yığma komandamızda yeganə zəif idmançı Rövşən Hüseynov (57 kq) olmuşdur. O, yarışların ikinci günü elə ilk qarşılaşmada “ippon” fəndi ilə belçikalı Lole Tilemansa uduzmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.