İDMAN
CÜDO ÜZRƏ BAKI ÇEMPİONATINA YEKUN VURULMUŞDUR
Yeddi çəki dərəcəsi üzrə keçirilən yarışın nəticələrinə görə İlya Miçelaşvili (60 kq, Gürcüstan), Emin Həsənov (66 kq, “Zenit”), Samir İsmayılov (73 kq, MOİK), Azər Fətullayev (81 kq, “Atilla”), Ramin Əhmədov (90 kq, “Məşəl”), İlqar Ağarəhimov (100 kq, MOİK) və Azər Mirzəyev (100 kq-dan yuxarı) kişilər arasında birinci yerə layiq görülmüşlər. Qadınların mübarizəsində isə Natiqə Əbdülbağıyeva (52 kq, “Atilla”), Leyla Mirzəyeva (63 kq, “Nizami” Uşaq-Gənclər İdman Məktəbi), Könül Süleymanova (70 kq, “Neftçi” İSM), Təhminə Hüseynzadə (78 kq, “Neftçi”) və Vəfa İbadova (78 kq-dan yuxarı,“Atilla”) qızıl medallara sahib olmuşlar.
Komanda hesabında “Atilla” klubunun idmançıları birinci yer tutmuşlar. Mərkəzi Ordu İdman Klubu ikinci, “Dinamo” idman cəmiyyəti və “İnter” idman klubunun cüdoçuları isə üçüncü yerə çıxmışlar.
Hər çəki dərəcəsi üzrə ilk onluğa düşən idmançılar dekabrda keçiriləcək ölkə birinciliyində iştirak etmək hüququ qazanmışlar.