İDMAN
CULFA ŞAHMAT MƏKTƏBİNİN YENİ BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Culfa şəhərində şahmat məktəbinin yeni binasının açılışı olmuşdur.
Məktəbin direktoru Hüseyn Tağıyev məktəbdənkənar tərbiyə müəssisələrinin inkişafına göstərilən yüksək dövlət qayğısına görə rayonun pedaqoji kollektivləri, idman ictimaiyyəti, valideynlər adından minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov rayonun şahmatsevərlərini təbrik etmiş, şahmat məktəbi yetirmələrinin ölkədaxili və beynəlxalq yarışlarda uğurla çıxış edəcəklərinə əminliyini bildirmiş, bu sahədə muxtar respublikanın şahmatçılarına uğurlar arzulamışdır.
Binada 4 sinif otağı, müəllim və hakimlər üçün iş otaqları, yarışların keçirilməsi üçün geniş idman zalı vardır.