CƏMİYYƏT


CV yarat platforması istifadəyə verildi

Bakı, 26 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən www.cvyarat.az platforması istifadəyə verilib.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, CV hazırlamaqda çətinlik çəkən şəxslər platformada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarını əlavə edib, qısa müddətdə öz CV-sini PDF formatında əldə edə biləcək.

Platformadan istifadə bütün hədəf qrupları üçün nəzərdə tutulub. Məqsəd CV hazırlığında əlçatanlığın təmin olunması, daxil edilən məlumatların dolğun və düzgün olmasını təmin etmək və nəticədə işsiz və işaxtaran şəxslərin işə qəbul prosesinə dəstək olmaqdır.

Yaxın zamanda www.cvyarat.az platforması digər elektron sistemlərə də inteqrasiya olunacaq və identifikasiya nömrəsini yazmaqla istifadəçiyə dair şəxsi məlumatlar, eləcə də təhsil, iş təcrübəsi kimi məlumatlar birbaşa doldurulacaq.

Platformadan istifadə ödənişsizdir. www.cvyarat.az

Üç addım ilə öz CV-ni yarat!

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.