İQTİSADİYYAT


“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra istismara qaytarılıb

Bakı, 9 oktyabr, AZƏRTAC 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Nəqliyyat Donanmasına məxsus “Cabbar Həşimov” tankeri əsaslı təmir olunub.

Gəmiçiliyin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir çərçivəsində tankerin sualtı və suüstü hissələri, əsas göyərtəsi və keçid körpüsü tam təmizlənərək rənglənib, baş və köməkçi mühərrikləri, nasosları təmir olunub.

Üzən vasitənin idarəetmə sistemləri sazlanıb. Maşın şöbəsində və boru sistemlərində təmir işləri aparılıb və yararsız hissələri dəyişdirilib, gəmidə elektrik-quraşdırma işləri yerinə yetirilib.

Bundan başqa, heyətin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalarda təmir işləri aparılıb. Aparılan təmirdən sonra tanker dəniz sınağından uğurla keçib və istismara qaytarılıb.

Qeyd olunub ki, “Cabbar Həşimov” gəmisinin uzunluğu 150, eni 17,3 metr, tam yükgötürmə qabiliyyəti 12 min tondur.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tanker donanması Xəzər hövzəsində aparıcı mövqeyə malikdir. Yükdaşımalarda xüsusi çəkisini saxlamaq üçün donanmanın yeni gəmilərlə zənginləşməsinə xüsusi diqqət ayrılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.