SİYASƏT
Cabir Ənsari: İran Azərbaycanla bütün sahələrdə əlaqələrini genişləndirmək istəyir
Tehran, 4 may, AZƏRTAC
Rəsmi Tehran Azərbaycanla bütün sahələrdə əlaqələrini genişləndirmək istəyir və bu istiqamətdə zəruri addımlar atır.
Bu sözləri İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Cabir Ənsari həftəlik brifinqdə deyib.
O qeyd edib ki, 2015-ci ildə Azərbaycanın əsas kapitalına investisiyada İranın payı 760 milyon dollara yüksəlib. İran dövlət və qeyri-dövlət səviyyəsində Azərbaycanın neft sektoruna 145 milyon dollar investisiya yatırıb.
Mətbuat katibi qeyd edib ki, dünya dövlətləri ilə yaxın əməkdaşlıq əlaqələri qurmaq İranın xarici siyasətinin prioritet istiqamətidir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran