REGİONLAR


“Cahan Holdinq”dən daha bir nümunəvi addım: kirayə haqları azaldıldı, kommunal ödənişlər ləğv edildi

Naxçıvan, 3 aprel, AZƏRTAC

Dünyada pandemiya elan olunan koronavirusun Naxçıvan Muxtar Respublikasına təsirinin azaldılması ilə bağlı həyata keçirilən tədbirlərə “Cahan Holdinq” Şirkətlər Qrupu da fəal qoşulub.

Holdinqdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Cahan Ticarət Mərkəzində fəaliyyət göstərən bütün mağazaların kirayə haqları 1 aprel 2020-ci il tarixdən 1 iyun 2020-ci il tarixədək 50 faiz azaldılıb. Həmçinin “Gənclər şəhərciyi” yaşayış kompleksində bütün sakinlərin 1 aylıq (1 aprel 2020-ci il) kommunal ödənişləri ləğv edilib, kirayə qalan sakinlərin isə 1 aylıq ödənişi 150 manat azaldılıb. Yaşayış kompleksinin əhatəsində olan mağazaların 1 aylıq kommunal ödənişlərinin də ləğv edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, holdinq Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 min manat vəsait köçürüb.

“Cahan Holdinq”in şüarı belədir: “Güc birlikdədir!”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.