MƏDƏNİYYƏT


Cahana sığmayan mütəfəkkir şair...

Bakı, 26 aprel, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanası böyük filosof, qüdrətli söz ustası İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar “Cahana sığmayan mütəfəkkir şair” adlı seminar-məşğələ keçirib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, seminar-məşğələdə çıxış edənlər İmadəddin Nəsiminin ömür yolu və zəngin yaradıcılığından söhbət açıblar.

Qeyd edilib ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla bu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi, bu gün də insanların mənəvi əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir.

Diqqətə çatdırılıb ki, seminar-məşğələnin keçirilməsində məqsəd Nəsiminin zəngin irsini gənclərimizə çatdırmaq, klassik şairlərimizi tanıtmaqdır.

Kitabxanada, həmçinin “Nəsimi-650” adlı sərgi də təşkil edilib.

Sonra kitabxananın metodika-biblioqrafiya şöbəsinin işçiləri tərəfindən hazırlanmış “Cahana sığmayan mütəfəkkir şair” adlı metodik və biblioqrafik vəsaitlər iştirakçılara paylanılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.