Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Cahangir Məmmədli: Azərbaycanın bugünkü inkişafının təməlini ulu öndər Heydər Əliyev qoyub

Cahangir Məmmədli: Azərbaycanın bugünkü inkişafının təməlini ulu öndər Heydər Əliyev qoyub

Bakı, 11 iyun, AZƏRTAC

1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Müdrik dövlət xadimi ölkəmizdə vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici və daxili düşmənlərin Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planı puça çıxdı. Azərbaycanın o andakı xaos və hakimiyyətsizlik zamanında Heydər Əliyev Bakıya gəlməsəydi, ölkəmizin siyasi xəritədən silinməsi təhlükəsi var idi. Bu, bir həqiqətdir. Mən özüm də o zamanın hadisələrinin şahidiyəm və həqiqətən Azərbaycanın bir dövlət kimi siyasi xəritədən silinməsinin qarşısını Heydər Əliyev aldı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli bildirib. C.Məmmədli qeyd edib ki, ulu öndər Heydər Əliyev hələ 1950-ci illərin sonu, 1960-cı illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edərkən milli azadlıq ideyalarının carçıları Bəxtiyar Vahabzadəni, Xəlil Rzanı, İlyas Əfəndiyevi və digər neçə-neçə yaradıcı ziyalıları repressiyalardan xilas etdi. 1969-cu ildən Azərbaycana rəhbərlik edən bu böyük şəxsiyyət ölkədə sənayeni, kənd təsərrüfatını yüksəklərə qaldırdı. 1982-ci ildən SSRİ rəhbərliyində yüksək post tutmuş Heydər Əliyev bütün fəaliyyəti boyu Azərbaycana sevgisini göstərdi. 1990-cı il yanvarın 20-də Mixail Qorbaçovun göstərişi ilə Bakıda törədilən qırğına qarşı öz etirazını bütün dünyaya nümayiş etdirdi.

Ümummilli lider Heydər Əliyev 1992-ci ildə Azərbaycanın müstəqillik uğrunda mübarizəsinə bir mayak kimi işıq salmaq üçün Naxçıvana qayıtdı. Ulu Öndər 1993-cü ilin ağır yay günlərində Azərbaycanı düşdüyü girdablardan qurtarmaq üçün onu xilaskarlığa çağıran xalqın inamını qırmayıb yenidən hakimiyyətə qayıtmağa razılıq verdi.

Zaman ağır zaman idi. Bakıdan tutmuş region kəndlərinədək heç kim səhərə salamat çıxacağına ümid etmirdi. Ermənistan silahlı quldurlarının torpaqlarımızı dalbadal işğalı bir yana, özümüzdən olan silahlı dəstələr özümüzə qənim kəsilmişdi: Surət hüseynovlar, Ələkrəm hümbətovlar Azərbaycanı parçalamaqda, düşmənin dəyirmanına su tökməkdə idi.

Heydər Əliyev belə bir anda xalqın köməyinə çatdı. Gəncədə artıq başlamış vətəndaş müharibəsinin ən ağır anında o, Gəncəyə getdi. Xalq onu hər yerdə bir xilaskar kimi qəbul etdi. Heydər Əliyev öz müdrik siyasəti ilə Gəncə hadisələrini, sonralar bir neçə dövlət çevrilişinə cəhdləri aradan qaldırdı, xalqın birliyinə, sabitliyə nail oldu. Ulu Öndər Azərbaycanın bir dövlət kimi nəinki siyasi xəritədən silinməsinin qarşısını aldı, həm də bugünkü inkişafının sarsılmaz təməlini qoydu. O, belə bir fikir bəyan etdi: “Mən həyatım, bütün əmək fəaliyyətim dövründə ancaq xalq üçün, insanlar üçün düşünmüşəm, xalq üçün yaşamışam... Bu gün də bu fikirlərlə yaşayıram”.

Hər şey xalqın rəhbərə inamından və etimadından başladı. Elə o zaman Heydər Əliyev deyirdi: “Mənim üçün xalqın mənə göstərdiyi etimaddan və etibardan yüksək mükafat yoxdur. Başçılıq etdiyim dövlətdə mən özüm üçün bundan başqa bir mükafat görmürəm”.

Dünyanın ən böyük siyasi və dövlət xadimləri Heydər Əliyevin milli cəsarət, milli ləyaqət və dövlətçilik bacarığını elə o zaman yüksək qiymətləndirdilər. Dünya siyasətinin aparıcı siması Zbiqnev Bzejinski ona belə qiymət verirdi: “Bu gün Azərbaycanı idarə edə biləcək yeganə şəxsiyyət Heydər Əliyevdir”.

Heydər Əliyev Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalının səbəblərinin ən başlıcasını belə göstərirdi: “Əgər bütün Azərbaycan xalqını hiddətləndirən, vahid, sarsılmaz bir qüvvə kimi Azadlıq meydanına toplayan milli qürur, milli oyanış, milli dirçəliş hisslərindən konstruktiv şəkildə istifadə olunsaydı, biz bu gün Qarabağ probleminin həlli ilə məşğul olmazdıq. Xalq çox tez başa düşdü ki, onun ən ülvi, ən müqəddəs, ən pak hissləri siyasi alverə, siyasi rəqabətə, kiminsə ucuz, siyasi ambisiyalarının gerçəkləşməsinə xidmət edir”. Heydər Əliyevin dövlətçilik qüdrəti bütün bunların qarşısını aldı. Ona görə ABŞ-ın sabiq Prezidenti Bill Klinton deyirdi: “Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan firavan gələcəyin bünövrəsini qoymaqdadır”.

Məşhur musiqiçi Mstislav Rostropoviçin belə bir dəqiq fikri həqiqətən bizim milli taleyimizdir: “Ulu Tanrı Azərbaycan xalqının taleyinə çətin, əzablı günlər yazsa da, bu əzablara sinə gərə biləcək, bütün düyünləri açmağa qadir olan böyük şəxsiyyət qismət edib”. Bəli, Ulu Öndər millətin, xalqın, Vətənin, dövlətçiliyimizin tarixinə Tanrının əmri ilə yazılıb. Onu azərbaycanlı olduğuna görə, Azərbaycanı daim müdafiə etdiyinə görə bəyənməyən Mixail Qorbaçovun taleyinə baxın. Rusiyanın REN TV kanalı dəfələrlə bu adamı xalq düşməni adlandırıb. Heydər Əliyev isə öz xalqı tərəfindən daim sevgi və məhəbbətlə yad edilən bir ümummilli liderdir. Bu böyük liderin dövlətçilik məktəbindən yüzlərlə siyasi xadim yetişdi.

Müasir müstəqil dövlətimizin memarı və qurucusu, dahi rəhbər Heydər Əliyevin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini deyən professor C.Məmmədli bu gün Azərbaycanın çox sürətlə inkişaf etdiyini, beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldiyini vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda "Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” adlı XI beynəlxalq konfrans keçirilir

Xətai rayonunda qətl törədilib

Astanada ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək

ABŞ dövlət istiqrazlarının gəlirliliyi geosiyasi risklərə görə azalır

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub VİDEO

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb