REGİONLAR


Cahit Bağçı: Ölkələrimiz arasındakı əlaqələr sarsılmaz qardaşlıq münasibətləri üzərində qurulub

Gəncə, 26 iyun, E.Məmmədov, AZƏRTAC

Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, ümummilli lider Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əlaqələri sarsılmaz qardaşlıq münasibətləri üzərində qurulub. Bu münasibətlərin əsasında tarixi bağ dayanır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Gəncə şəhərində Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə ucaldılan abidənin açılış mərasimində bildirib.

Səfir qeyd edib ki, Qafqaz İslam Ordusu komandanı Nuru paşanın 1918-ci il mayın 25-də Gəncəyə gəlişi gəncəlilər tərəfindən böyük sevinclə qarşılanıb. Çünki Nuru Paşanın ilk amalı Gəncədə mövcud olan təhlükəni aradan qaldırmaq, buradakı düşmənləri tərksilah etmək və azərbaycanlı əhalinin təhlükəsizliyini təmin etməkdən ibarət idi. 1918-ci il iyunun 11-də Qafqaz İslam Ordusunun 13 mehmetciyi Gəncənin Şah Abbas məscidinin ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Cahit Bağçı sözügedən ərazidə ucaldılan möhtəşəm abidənin hər iki dövlət üçün çox böyük tarixi hadisə olduğunu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.