DÜNYA


Cakartada İndoneziyanın ilk metropoliten xətti istifadəyə verilib

Tokio, 25 mart, AZƏRTAC 

Martın 24-də Cakartada İndoneziyanın ilk metropoliten xəttinin inşasının başa çatmasına həsr edilən mərasim keçirilib.

AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, qatarların müntəzəm hərəkəti martın 25-dən başlanacaq.

İndoneziya paytaxtının mərkəzini şimaldan cənuba doğru birləşdirən xəttin uzunluğu 16 kilometrdir. Metronun hərəkətə başlamasının Cakartada nəqliyyat tıxaclarının aradan qaldırılmasına böyük təsir edəcəyi gözlənilir.

Müasir metropoliten xətti Yaponiya tikinti firması ilə İndoneziya şirkəti tərəfindən birlikdə inşa edilib. Layihənin həyata keçirilməsi üçün Yaponiya hökumətinin 1 milyard 100 milyon dollar dəyərində kredit ayırdığı bildirilir.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.