MƏDƏNİYYƏT


Kuala Lumpurda azyaşlılar üçün “Azərbaycanı boyalarla öyrənək” adlı boyama kitabı çap edilib

Kuala Lumpur, 6 dekabr, AZƏRTAC

Kuala Lumpurda Azərbaycanın Malayziyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə azyaşlılar üçün “Coloring and Exploring Azerbaijan” (“Azərbaycanı boyalarla öyrənək”) adlı boyama kitabı nəşr olunub.

AZƏRTAC xəbər verir ki, malayziyalı məktəblilər və səfirliyimizin akkreditə olduğu digər ölkələrdə - Tailand Krallığı, Bruney Darüssəlam və Myanmada yaşayan həmvətənlərimizin övladları üçün nəzərdə tutulmuş vəsaitdə Azərbaycanın tarixi-mədəni irsinə aid təsviri nümunələrə yer verilib.

Azyaşlılar kitabda Azərbaycanın Şuşa qalası, Qız qalası kimi tarixi abidələri ilə tanış olmaqla yanaşı, Alov qüllələri kimi müasir memarlıq nümunələrini də öyrənirlər. Həmçinin Xarıbülbül, Azərbaycanın qədim musiqi alətlərindən tar, kamança və qaval, Qarabağ atı, Novruz bayramı, Azərbaycanın nağıl qəhrəmanlarından Göyçək Fatma və Cırtdan, eləcə də Azərbaycanın milli-tarixi geyimləri kimi tematik təsvirləri rəngləyərək, Odlar Yurduna səyahət edirlər.

Kitab qeyri-kommersiya məqsədilə “Shaker Sdn. Bhd” nəşriyyatı tərəfindən çap olunub.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kuala Lumpur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.