SİYASƏT


Cakartanın ən hündür binası üzərində Azərbaycanın Dövlət Bayrağı nümayiş etdirilir VİDEO

Cakarta, 27 sentyabr, AZƏRTAC

İndoneziyanın paytaxtı Cakarta şəhərinin ən hündür binası “Gama Tower” üzərində 27 sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycanın Dövlət Bayrağı nümayiş etdirilir.

AZƏRTAC xəbər verir ki, üçrəngli bayrağımız Azərbaycanın İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinə dərin hörmət və ehtiram əlaməti olaraq videoproyeksiya edilir.

Videoproyeksiyanın arxa planında şəhid Xudayar Yusifzadənin ifasında “Vətən yaxşıdır” mahnısı səsləndirilir. Videogörüntü şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Cakarta

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.