MƏDƏNİYYƏT


Camal Əliyev Londonda konsert proqramı ilə çıxış edəcək

Bakı, 5 sentyabr, AZƏRTAC

Violonçel ifaçısı, beynəlxalq mükafatlar laureatı Camal Əliyev oktyabrın 6-da Londonda “1901 Art Club”da konsert proqramı ilə çıxış edəcək.

AZƏRTAC “1901 Art Club”ın saytına istinadla xəbər verir ki, “Talent Unlimited” xeyriyyə təşkilatı tərəfindən təşkil ediləcək konsertdə Camal Əliyevi pianoda Mariya Taraseviç müşayiət edəcək.

C.Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə bir sıra beynəlxalq festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub. C.Əliyev cari ilin martında “Sir Karl Jenkins” musiqi müsabiqəsinin birinci mükafatına layiq görülüb.

Mariya Taraseviç İqor Butman, Anatoli Krol, Oleq Kireyev, Vadim Eylenkriq, Mişel Uolker, Qreqori Porter və digər caz musiqiçilərinin iştirak etdikləri konsertlərdə çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.