DÜNYA


Cammu və Kəşmir problemi ilə əlaqədar sabah BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək

İslamabad, 15 avqust, AZƏRTAC

Avqustun 16-da Pakistan ilə Hindistan arasında mübahisəli ərazi olan Cammu və Kəşmir problemi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qapalı iclası keçiriləcək.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, bundan əvvəl Pakistanın xarici işlər naziri Şah Mahmud Kureşi Hindistanın regiondakı aqressiv fəaliyyəti ilə bağlı BMT-yə təcili olaraq Təhlükəsizlik Şurasının iclasının çağırılması üçün məktub göndərmişdi.

Xatırladaq ki, avqustun 5-də Hindistan Prezidenti Ram Natx Kovind ölkə Konstitusiyasının 370-ci maddəsində təsbit edilən, Pakistanla mübahisəli ərazi olan Cammu və Kəşmirə xüsusi status verilməsi maddəsini ləğv edib. Federal hökumətin təşəbbüsü ilə Cammu və Kəşmirin yerinə ştatdan az səlahiyyətləri olan iki ittifaq ərazisinin yaradılması nəzərdə tutulur. Bu təşəbbüs Hindistan parlamenti tərəfindən də dəstəklənib. Bundan sonra Pakistan ilə münasibətlər daha da gərginləşib.

Bir neçə gün əvvəl isə Pakistan Hindistanın bu addımına kəskin reaksiya verib, bu ölkə ilə diplomatik münasibətlərin gərginləşməsi fonunda dövlətlər arasında ikitərəfli ticarət əlaqələrini dayandırıb. Tərəflər əvvəllər imzalanan bir sıra ikitərəfli sənədlərə yenidən baxmaq istədiklərini ifadə ediblər.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.