MƏDƏNİYYƏT


“Can Azərbaycan” müsabiqəsinin qalibləri mükafatlandırılacaqlar

Bakı, 26 aprel, AZƏRTAC

Aprelin 27-də Xətai Sənət Mərkəzində “Can Azərbaycan” respublika qrafika və akvarel yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırılma və Xətai Akvarel Qalereyasını açılışının təqdimat mərasimi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Dövlət Rəsm Qalereyası, “İWS Azerbaijan” (İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.

Müsabiqə akvarel və qrafika texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətlərində çalışan rəssamların yaradıcılığında Azərbaycanın tərənnümü, o cümlədən Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi igidlik, azərbaycançılıq məfkurəsi və milli birliyimizin təsvir müstəvisində nümayişi məqsədilə keçirilib.

“Can Azərbaycan” müsabiqəsinin yekun sərgisini Azərbaycan Dövlət Rəsm Qalereyasının və Xətai Sənət Mərkəzinin onlayn hesablarından izləmək mümkündür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.