CƏMİYYƏT


Canlı ünsiyyət uşaqların informasiyanı daha dəqiq qavramalarına imkan verir

Bakı, 25 yanvar, AZƏRTAC

Araşdırmalar göstərir ki, körpə uşaqlarda canlı ünsiyyət vasitəsilə informasiya qəbuletmə imkanı digər yollarla müqayisədə daha səmərəli olur.

AZƏRTAC xəbər verir ki, ABŞ alimləri bu istiqamətdə müvafiq araşdırmalar apararaq belə nəticəyə gəliblər.

Belə ki, iki fərqli qrupda cəmləşən on aylıq uşaqlar arasında müqayisə aparılıb. Birinci qrupda uşaqlara narıngi meyvəsi haqqında videogörüntülü musiqi dinləndirilib, digər qrupda isə eyni musiqini uşaqlar üçün canlı oxuyublar. Hər iki qrupda olan uşaqların beyinlərinin reaksiyası ölçülərək müəyyən edilib ki, ikinci qrupdakı uşaqlar musiqi oxunulan zaman tələffüz olunan səsləri bir-birindən ayırıblar. Digər qrup uşaqlarda isə heç bir fərqləndirmə reaksiyası müşahidə olunmayıb.

Araşdırmalar əsasında uşaqların ətraflarında baş verən hərəkətlərə reaksiyası da ölçülüb. Müxtəlif qruplar üzrə eksperimentlərin nəticələri göstərir ki, aktiv reaksiyaya sahib körpə uşaqlar gələcəkdə daha yüksək intellekt (İQ) səviyyəsinə malik olurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.