Canluici Buffon XXI əsrin ən yaxşı qapıçısı seçilib
AzerTAg.az
Bakı, 18 fevral, AZƏRTAC
İtaliyanın "Yuventus" klubunun futbolçusu Canluici Buffon XXI əsrin ən yaxşı qapıçısı elan edilib.
AZƏRTAC xəbər verir ki, müasir dövrün ən yaxşı qapıçılarının reytinqini Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) açıqlayıb.
XXI əsrin ümumi reytinqi 2001 - 2020-ci illərdə dövrün illik reytinqlərinin uyğunlaşdırılması prinsipi üzrə təşkil edilib. Siyahıya “Top-20”yə düşmüş qapıçılar daxil olublar. İllik reytinqdə birinci yeri tutan qapıçıya 20 bal, ikinci yerə 19 bal, sonrakılara da eyni prinsip üzrə ballar verilib.
Canluici Buffon reytinqdə birinci olub. "Real Madrid"in sabiq qapıçısı İker Kasilyas ikinci, "Çelsi"nin keçmiş qolkiperi Petr Çex isə üçüncü pillədə qərarlaşıblar.

Xəbərin mətnində orfoqrafik səhv var