İDMAN


Canni De Byazi: Oyunumuzda inkişaf görünür

Bakı, 5 sentyabr, AZƏRTAC

Qələbə qazanmağa təcrübə çatmadı. Oyuna yaxşı başlamadıq. İlk 10 dəqiqədən sonra tədricən toparlandıq. Oyunumuzda inkişaf görünür.

AZƏRTAC xəbər verir ki, bunu futbol üzrə dünya çempionatının seçmə mərhələsində İrlandiya millisinin qonağı olan Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, rəqib hesabda geridə olduğu üçün daha çox hücum edəcəyi gözlənilən idi. İkinci hissədə əvəzləmə edərək oyunu daha çox hücumda keçirdilər. Bununla belə, rəqibi çətin vəziyyətlərə saldıq. Bizə də yeni güc lazım oldu, dəyişikliklər etdik. Buraxılan qol epizodunda topun meydanı tərk etdiyi açıq-aşkar görünürdü. Əgər bu, qeydə alınsaydı, indi başqa şeydən danışardıq. Ümumi götürsək nəticəni qane hesab edirəm.

"Heç vaxt futbolçularıma müdafiədə oynamağı tapşırmamışam. Daha çox topla oynamalarını, pres tətbiq etmələrini istəmişəm. Taktiki baxımından yaxşı oyun göstərdik. Daha da inkişaf etməliyik. Rəqib reytinq cədvəlində irəlidə olsa da, bu fərq komandaların oyununda hiss olunmurdu. Son dəqiqələrdə oyuna sonradan daxil olan Rüstəm zədəli oynayırdı, tam gücü ilə çıxış etmirdi. Demək olar ki, azlıqda oynayırdıq. Belə olmasaydı rəqibin qapısında daha çox təhlükəli epizodlar yaradardıq" - deyə baş məşqçi əlavə edib.

Qeyd edək ki, Dublin şəhərindəki "Aviva" stadionunda keçirilən İrlandiya - Azərbaycan oyununda qalib müəyyənləşməyib - 1:1.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.