İDMAN


Canni De Byazi: Uğur seriyasını davam etdirmək istəyirik

Canni De Byazi: Uğur seriyasını davam etdirmək istəyirik

Bakı, 23 mart, AZƏRTAC

Sabah meydanda maksimum gücümüzü ortaya qoymağa çalışacağıq. Avstriya yığması çox yaxşı təşkilatlanmış güclü komandadır. Son oyunları yüksək səviyyədə keçiriblər. Heyətlərində beynəlxalq oyun təcrübəsi olan, yaxşı oyunçular var.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Avro-2024”-ün seçmə mərhələsi çərçivəsində səfərdə Avstriya yığmasının qonağı olacaq Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi martın 23-də təşkil olunan mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, heyətdə zədəli futbolçularımız var: “Qapıçı Şahrudin Məhəmmədəliyev, müdafiəçi Bədavi Hüseynov, hücumçu Mahir Emrelinin yoxluğu komandamız üçün ciddi itkidir. Təbii ki, zədəlilərin yoxluğunu dolduracaq oyunçularımız var. Son matçlarda yaxşı nəticələr qazanmışıq. Uğur seriyasını davam etdirmək istəyirik. Qalib də gələ bilərik, məğlub da ola bilərik”.

Qeyd edək ki, martın 24-də Linzdəki “Raiffeisen Arena”da keçiriləcək Avstriya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.