İDMAN
Canni İnfantino: Hakim irqçilik təzahürlərinə görə matçı ləğv edə bilər
Bakı, 7 iyun, AZƏRTAC
FIFA-nın prezidenti Canni İnfantino futbol üzrə dünya çempionatı ərəfəsində irqçiliyə qarşı mübarizə tədbirlərindən danışıb.
AZƏRTAC xəbər verir ki, o deyib: “Deməzdim ki, ayrı-seçkilik, insan hüquqlarının pozulması və təhlükəsizlik kimi problemlər bizi narahat edir, amma biz bu problemlərə son dərəcə ciddi yanaşırıq. Turnirə hazırlıq prosesində müvafiq tədbirlər görmüşük.
C.İnfantinonun sözlərinə görə, FIFA-da dəqiq işlənmiş üçpilləli mübarizə proseduru var. İrqçilik təzahürləri olarsa, hakim oyunu dayandıra, kəsə və hətta ləğv edə bilər. Əgər buna bənzər hadisə baş versə, monitorinq sistemi sayəsində dərhal sanksiyalar tətbiq olunacaq.
FIFA-nın prezidenti deyib: “Əlbəttə, istəyirik ki, bu cür hallar baş verməsin. Ciddi nəticələr barədə hamıya xəbərdarlıq edilib”.