İDMAN


Canni de Byazi: Kipr millisi ilə görüşdə oyun sistemimizdə hər hansı dəyişiklik olmayacaq

Bakı, 12 oktyabr, AZƏRTAC

Monteneqro millisi ilə oyunda öz səhvlərimiz nəticəsində qapımızda qollar gördük və nəticədə məğlub olduq. Sabah çalışacağıq ki, vəziyyəti öz xeyrimizə dəyişək və məğlubiyyəti unutduraq.

AZƏRTAC xəbər verir ki, bunu UEFA Millətlər Liqası çərçivəsində Kipr millisi ilə qarşılaşacaq Azərbaycan yığma komandasının baş məşqçisi Canni De Byazi oktyabrın 12-də təşkil olunan mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib: “Heyətdə zədəli və cəzalı futbolçuların olması müəyyən dəyişikliklər etməyimizə səbəb olub. Komandanın kapitanı Maksim Medvedev zədəli olduğu üçün oynaya bilməyəcək. Həmçinin digər zədəli futbolçularımız - Təmkin Xəlilzadə və Əli Qurbaninin oynayıb-oynamayacağı sabah keçiriləcək müayinədən sonra müəyyənləşəcək. Heyətdəki dəyişikliyə gəldikdə, cəzalı olan Bədavi Hüseynovun əvəzinə Elvin Bədəlov, Maksim Medvedevin yerinə isə Azər Salahlı oynayacaq”.

Baş məşqçi bildirib ki, oyun sistemimizdə hər hansı dəyişiklik olmayacaq. Kipr və Monteneqro seçmələrinə qarşı necə oynamışdıqsa, yenə eyni sistemlə mübarizə aparacağıq. Ancaq rəqibdən və oyunun gedişindən asılı olaraq, ehtiyac yaranarsa, taktiki gedişlərdə dəyişiklik edilə bilər.

Qeyd edək ki, Azərbaycan-Kipr oyunu oktyabrın 13-də Albaniyadakı "Elbasan Arena”da keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.