ELM VƏ TƏHSİL
“Career-2018” sərgisi işaxtaran hər kəs üçün açıq olacaq
Bakı, 10 oktyabr, AZƏRTAC
Oktyabrın 11-də Bakı Ekspo Mərkəzində XII Azərbaycan beynəlxalq karyera sərgisi (“Career-2018”) sərgisi açılacaq.
AZƏRTAC “eduexpo.az” saytına istinadla xəbər verir ki, sərginin əsas məqsədi - işəgötürən və işaxtaran arasında görüşün təşkilidir. Bu il “Career-2018” sərgisində “JTI Caucasus” LLC, “R-Pharm” və digər şirkətlər vakansiyalarını təqdim edəcək.
Azərbaycanın “R-Farm” layihəsi özündə laborator, istehsal və logistika blokunu birləşdirən ilk farmasevtik kompleksdir. Şirkət sərgidə baş mühasib, hüquqşünas, əczaçı, anbar müdiri, keyfiyyətə nəzarət və təchizat üzrə mütəxəssislər, baş mexanik, baş energetik və s. vakant iş yerlərini təqdim edir.
“Career-2018” sərgisi iş axtarışında olan hər kəs üçün açıq olacaq.
Uşaqlar üçün əyləncə zonası Bakı Ekspo Mərkəzinin foyesində yerləşəcək və burada “Bagcam.az” şəbəkəsinin peşəkar müəllim və tərbiyəçiləri uşaqları maarifləndirici oyunlara, habelə faydalı və əyləncəli tədbirlərə cəlb edəcəklər. Builki sərgilərin tərəfdaşları arasında rəsmi səyahət agentliyi “Premier Tour” şirkətləri, o cümlədən “Hyatt Regency” və “Qafqaz Hotels & Resorts” mehmanxanaları yer alır.