DÜNYA


Cari ildə ABŞ-ın sutkalıq neft hasilatı 11,39 milyon barrel olacaq

Bakı, 11 noyabr, AZƏRTAC

Birləşmiş Ştatların 2020-ci il üzrə gündəlik xam neft istehsalına dair proqnoz azaldılıb.

AZƏRTAC ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına istinadla xəbər verir ki, bu il Birləşmiş Ştatların neft hasilatının gündəlik 11,39 milyon barrel olacağı nəzərdə tutulur. Əvvəlki proqnoz isə 11,45 milyon barrel idi.

Avqustda sutkada 10,6 milyon barrelə düşən ABŞ-ın neft istehsalının noyabrda 11,2 milyon barrelə qədər artacağı gözlənilir. 2020-ci ildə hasilat 2019-cu illə müqayisədə gündəlik 860 min barrel azalacaq.

Gələn il isə ABŞ-da neft hasilatının gündəlik 11,1 milyon barrelə düşəcəyi nəzərdə tutulur.

Qeyd edək ki, ABŞ 2018-ci ilin noyabrında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük xam neft istehsalçısı olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.