REGİONLAR


Cari ildə Ağstafada 307 nəfər işlə təmin olunub

Ağstafa, 20 iyul, Famil Quliyev, AZƏRTAC

Ağstafa rayonunda əhalinin işlə təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Rayon Məşğulluq Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, cari ilin yanvar-iyun aylarında 725 nəfər işaxtaran kimi qeydiyyata alınıb. Görülən tədbirlər nəticəsində 307 işaxtaran rayonun idarə, müəssisə və təşkilatlarında işlə təmin olunub. İşlə təmin edilənlərin 59-u qadındır.

Bundan əlavə, altı ayda 19 nəfərə işsizlik statusu verilib, 24 nəfərə isə müavinət ödənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.