DÜNYA
Cari ildə Avrozona iqtisadiyyatının 2,7 faiz artacağı gözlənilir
Roma, 17 may, AZƏRTAC
Avropa İttifaqı (Aİ) və Avrozonada inflyasiyanın artacağı və iqtisadi artımın isə zəifləyəcəyi proqnozlaşdırılır.
AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının “Avropa İqtisadi Proqnozları 2022” hesabatına görə, cari ildə Avropa İttifaqı və Avrozona iqtisadiyyatının 2,7 faiz, 2023-cü ildə isə 2,3 faiz artacağı gözlənilir.
Avrokomissiyanın əvvəlki hesabatında isə Aİ iqtisadiyyatının 2022-ci ildə 4 faiz, 2023-cü ildə 2,8 faiz artacağı, Avrozonada iqtisadi artımın bu il 4 faiz, gələn il 2,7 faiz olacağı proqnozlaşdırılmışdı.
Avropa Komissiyası Avrozona üçün inflyasiya proqnozunu cari il üzrə 3,5 faizdən 6,1 faizə, 2023-cü il üzrə 1,7 faizdən 2,7 faizə yüksəldib. Aİ üçün inflyasiya proqnozu isə 2022-ci il üzrə 3,9 faizdən 6,8 faizə, gələn il üzrə 1,9 faizdən 3,2 faizə yüksəldilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma