İQTİSADİYYAT


Cari ildə Azərbaycana gətirilən avtomobillərin sayı açıqlanıb

Bakı, 11 avqust, AZƏRTAC

Bu ilin yanvar-iyul ayında Azərbaycana idxal edilən avtomobillərin sayı 11 min 700 ədəd olub.

Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 69 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 10 min 402 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1157 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 72 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.