İQTİSADİYYAT


Cari ildə Azərbaycanda 19,4 milyard kubmetrədək əmtəəlik təbii qaz çıxarılıb

Bakı, 16 oktyabr, AZƏRTAC

Yanvar-sentyabr aylarında Azərbaycanda 26 milyon 104,1 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 27 milyard 309,9 milyon kubmetr təbii qaz hasil olunub. Həmin həcmdən 19 milyard 378,7 milyon kubmetr əmtəəlik təbii qaz alınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 9 ayda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 16,7 milyard manat olmaqla əvvəlki ilin eyni aylarına nisbətən 6,1 faiz azalıb.

Ölkədə əmtəəlik neft istehsalı 7,6 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 8,3 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.