İQTİSADİYYAT


Cari ildə Azərbaycanla Çinin ticarət dövriyyəsi 2 dəfə artıb

Bakı, 11 oktyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust aylarında Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 2 dəfə artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev deyib.

Nazir qeyd edib ki, ikitərəfli əlaqələrdə ticarət sahəsi mühüm yer tutur. Azərbaycan və Çin arasında ticarət dövriyyəsi bu ilin yanvar-avqust aylarında 2 dəfə artıb. Azərbaycanda ticarət, xidmət, sənaye, tikinti, maliyyə, kənd təsərrüfatı və sair sahələrdə 120-dək Çin investisiyalı şirkət fəaliyyət göstərir. Çin şirkətləri Azərbaycanın dövlət layihələrində də iştirak edirlər.

O deyib ki, Azərbaycan şirkətləri Çində keçirilən sərgilərdə fəal iştirak edirlər. Azərbaycan bu ilin noyabrında Şanxayda keçiriləcək 2-ci Çin Beynəlxalq İdxal Məhsulları Sərgisində təmsil olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.